Rusiya Türkiyəni “Əfqanıstan” prosesinə daxil etmək istəyir

Baxış sayı:
3787

Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstan böhranı ilə bağlı çözüm prosesində Türkiyənin əhəmiyyətli bir aktyor olduğunu və Moskva formatına daxil edilə biləcəyini açıqlayıb.
 
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə görüşmək üçün Ankarada olan Kabulov, “Sputnik”-ə etdiyi açıqlamada, bu ifadələri işlədib:
“Türk həmkarım Türkiyə Xarici İşlər Nazirliyinin Cənub Asiya üzrə İdarənin rəisi Rza Hakan Tekin ilə görüşdüm. Söhbət xoşuma gəldi, məzmun zəngin idi. Türkiyənin bu bölgədəki təsirini və əhəmiyyətli rolunun fərqində olduğumuzu və Əfqanıstan üçün həll prosesində əhəmiyyətli aktyor olaraq gördüyümüzü qeyd etdik. Türkiyə və Moskva formatı arasındakı əməkdaşlığın sıxlaşmasını məmnuniyyətlə qarşılayırıq. Türkiyə və bəzi bölgə ölkələri bu formatın içində iştirak hüququna malikdirlər. Onlar bunu edərsə, problemi daha sürətli və daha yaxşı həll edərik”.
Qeyd edək ki, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə və Rusiya prezidentinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov bu gün Ankarada bir araya gəlib. Halilzad və Kabulov Rusiyanın Ankaradakı səfirliyində bir araya gəlib.
Müxalifət.az