Rusiya və Ukrayna arasında mühüm anlaşma

Baxış sayı:
2610

Rusiya və Ukrayna qaz tranzitinin davam etdirilməsi ilə bağlı protokol imzalayıblar.

Rusiya KİV-l'ri xəbər verir ki, bu barədə jurnalistlərə “Qazprom”un nümayəndəsi bildirib.

“Tərəflər Ukrayna ərazisi ilə qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin nizamlanması haqda saziş protokolunu imzaladılar”, - deyə qeyd olunub.

Şirkət rəsmisi digər detalları açıqlamayıb.

Qeyd edək ki, Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti haqda cari müqavilənin müddəti dekabrın 31-də bitir.