Rusiya yeni zenit-raket kompleksini sınaqdan keçirdi - VİDEO
14-06-2019 15:43
Baxış sayı:
10045

Rusiyanın Həştərxan vilayətinin Kapustin Yar poliqonunda ilk dəfə olaraq “Tor-M2DT” zenit-raket kompleksindən havada yüksək sürətlə manevr edən şərti düşmən hədəflərinə atəş açılıb. “Zvezda” telekanalı sınaqların videogörüntüsünü yayıb. Telekanalın məlumatına görə, atəş aktiv radiopozuntu şəraitində aparılıb. Hava Hücumundan Müdafiə Qüvvələrinin keçirdiyi təlim zamanı komplekslərdən açılan atəş nəticəsində müxtəlif istiqamətlərdə buraxılmış, yuxarı və aşağı yüksəkliklərdə uçan bütün hədəflər məhv edilib.