​Rusiyada qızı zorlayıb öldürən azərbaycanlı Belarusda saxlanıldı - VİDEO

Baxış sayı:
18112

Minsk polisi Rusiyada 23 yaşlı qızı zorlayıb öldürməkdə şübhəli bilinən 41 yaşlı azərbaycanlını saxlayıb. Bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin şəxsin saxlanılması ilə bağlı Moskva polisi belaruslu həmkarlarına müraciət ünvanlayıb. Onun hansısa etnik cinayətkar qruplaşmaya mənsub olduğu ehtimal edilir. Həmin şəxs Vitebskdən Minsk istiqamətdə hərəkət edən avtobusda saxlanılıb. Məsələ ilə bağlı Rusiya tərəfi məlumatlandırılıb. Onun daha ağır cinayətlərdə əli olduğu qeyd edilib. Bildirilib ki, o, 23 yaşlı qızı evinə ötürən zaman yolda zorlayıb və öldürüb, cəsədini isə çaya atıb.