Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi: 2 ölü, 22 yaralı - FOTO/VİDEO (YENİLƏNDİ)
27-06-2019 09:21
Baxış sayı:
2635

Sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir, hadisə zamanı 22 nəfər xəsarət alıb.
Qəza enişi zamanı 2 pilot həlak olub.
***
08:00
Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.
Muxalifet.az "Report"a istinad'n xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb.
Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.
İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.