Rusiyadan ABŞ-a təklif: Yaroşenkonu burax, əvəzində...
1-07-2019 23:09
Baxış sayı:
11944

Rusiya əlaqlərin inkişafı üçün irəliləyiş etməyə hazırdır, hər şey ABŞ-dan asılıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov Putinlə Trampın G20 zirvəsi çərçivəsində keçirilən görüşünün gələcəyə nikbin baxmaq üçün əsas yaratdığını deyib.
Ryabkov amerikalı həmkarlarına çağırışında ABŞ-da məhkumluq həyatı yaşayan Yaroşenkonun azad edilməsini, qarşılığında Rusiyada məhkum olan amerikalıların sərbəst buraxılmasını təklif edib.
Qeyd edək ki, rusiyalı pilot Konstantin Yaroşenko 2011-ci ildən ABŞ-da məhkumdur.