Rusiyadan ABŞ və Ukraynaya xəbərdarlıq: Çox təhlükəlidir

Baxış sayı:
2452

Ukrayna və ABŞ-ın Qara dənizdə birgə hərbi təlim keçirəcəyinə yönəlik açıqlamaları Rusiyanı hərəkətə keçirib.
 
 Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ukrayna və ABŞ-ın Qara dənizdə birgə təlim həyata keçirmək ideyasının olduqca təhlükəli olduğunu bildirib.
Karasinin verdiyi açıqlamada, “Bu fikir təhlükəlidir. Vəziyyəti təqib edəcəyik. Bundan əvvəl yenə qeyd etməliyəm ki, bu cəhdi təhlükəli olaraq qiymətləndiririk” deyib.
Qeyd edək ki, Kiyev rəhbərliyi Ukrayna və Amerika donanmasının “Sea Breeze 2019” dəniz təliminin Qara dənizin şimal-qərb hissəsində keçiriləcəyini açıqlamışdı.
Rusiya Xarici İşlər Nazirliyi də açıqlamanı və regionda keçiriləcək mümkün birgə təlimi gərginliyi artırma cəhdi kimi qiymətləndirib.
Müxalifət.az