Rusiyadan Avropa Birliyinə “Türkiyə və Şərqi Aralıq dənizi” mesajı!
18-07-2019 09:55
Baxış sayı:
11122

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin (AB) Türkiyəyə Şərqi Aralıq dənizindəki kəşfiyyat qazma işlərindən ötəri birtərəfli olaraq tətbiq etdiyi sanksiyaları dəstəkləmədiklərini ifadə edib. Zaxarova bu günkü mətbuat konfransında, "Sanksiya təzyiqinin bir vasitə olmadığından hərəkət edirik. Hərçənd bu təəssüf ki, artıq müasir beynəlxalq əlaqələrinin bir amilidir. Amma qəti olaraq diplomatiya bazasından deyil və heç bir halda beynəlxalq siyasətin təməlində yer almamalıdır" deyib. Zaxarova BMT Təhlükəsizlik Şurasının razılığı olmayan hər cür sanksiya fəaliyyətinə "son dərəcə mənfi" yanaşdıqlarını və birtərəfli addımları qəbul edilməz olduğunu da sözlərinə əlavə edib. Müxalifət.az