Rusiyadan çox sərt “Venesuela” açıqlaması!

Baxış sayı:
8050

 Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ı Latın Amerikasını Venesuela üzərindən yenidən şəkilləndirməkdə günahlandırıb.
 
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada, özünü "müvəqqəti prezident" elan edən Milli Məclis sədri Xuan Guaido sərt sözlərlə tənqid edilib.
Açıqlamada, "Guaido hər addımını ABŞ-la razılaşdıran və müstəqil olmayan bir siyasətçidir. Bu üzdən onunla bir əlaqəmizin olması söz mövzusu deyil" deyilib.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Monro Doktrinasının Venesuelaya tətbiq ediləcəyi istiqamətindəki açıqlamasına da cavab verib. Nazirlik Boltonun bu sözlərinin "düşüncəsizcə bir fikir" olduğunu bildirərək bunun qəbul edilməz olduğunu vurğulayıb. Rusiya XİN ABŞ-ı Latın Amerikasını Venesuela üzərindən yenidən şəkilləndirməyə çalışmaqda günahlandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Ceyms Monronun 2 dekabr 1823-də Konqresə təqdim etdiyi bu doktrinanı araşdıran mütəxəssislər onun mahiyyətini bir cümlə ilə belə şərh edir: "Amerika qitəsinin məsuliyyəti ABŞ-a məxsusdur".
Nazirlik həmçinin, Moskva rəhbərliyinin BMT rəhbərliyi altında Venesuelaya humanitar yardım qrupu göndərməyə hazır olduğunu qeyd edib.
Müxalifət.az