​Rusiyadan kritik Əsəd açıqlaması: “ÇOX NARAHATIQ”

Baxış sayı:
4339

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriya hökumətinə - Bəşər Əsəd iqtidarına qarşı güc tətbiq etmək təhdidləri üzündən çox narahat olduqlarını bəyan edib.
Jurnalistlərə müsahibə verən Ryabkov rəsmi Moskvanın Dəməşq hökumətinə qarşı güc tətbiq eləmək təhdidlərindən narahat olduğunu, bunun BMT-nin Suriyadakı böhrana müdaxilə edən bütün tərəflərin döyüşləri dayandırıb, humanitar atəşkəs tətbiq eləməsi ilə bağlı 2401 saylı qərarına zidd olduğunu söyləyib.
Ryabkov deyib: “Dəməşqə qarşı iddialar və Vaşinqtonda Rusiya əleyhinə bəyanatlar artmaqdadır, yenə də güc tətbiq etmək tələbləri eşidilir. Bunlar hüquqa və qanunlara ziddir”.
Güc tətbiq eləmək üçün bəhanələr axtarıldığını bildirən Ryabkov, bunun BMT-nin 2401 saylı qətnaməsinə zidd olduğunu açıqlayaraq bildirib: “Suriyadakı humanitar böhrandan narahat olduqlarını bildirən bütün tərəflərə ev tapşırığı versəm... BMT Təhlükəsizlik Şurasında verilən bütün qərarlara olduğu kimi və özlərinə qarşı istisna olmadan mütləq tabe olmaları lazımdır”.
Ryabkov deyib ki, əks təqdirdə ABŞ və tərəfdarları BMT TŞ-nin qərarını pozmuş olacaqlar.