Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama: Xətalı...
11-05-2018 22:14
Baxış sayı:
4531

ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi tələsik və xətalıdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.
Uşakov Rusiyanın müqavilənin qüvvədən düşməməsi və davam etməsi üçün cəhd etdiyini açıqlayıb:
"Biz hər səviyyədə müqavilənin qorunmasının lazım olduğunu deyirik, çünki bu müqavilə təkcə regionda deyil, dünyada sabitliyin təmin olunması üçün açar rolu oynayır. Müqavilə həmçinin nüvə silahlarının yayılmaması baxımından da son dərəcə əhəmiyyətlidir".