Rusiyalı milyarder İSRAİLƏ KÖÇÜR
24-05-2018 11:15
Baxış sayı:
7303

Rusiyalı milyarder Roman Abramoviç İsrailə köçə bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “İsrael Hayom” qəzeti yayıb. Qəzet Abramoviçin bu gün İsrailə gələ biləcəyini deyib. Onun İsrailin Təl-Əviv şəhərinin Neve-Tsedek rayonunda yaşayacağı iddia edilir. Belə ki, artıq burada Abramoviç üçün böyük evin tikintisinə başlanılıb.
Qeyd edək ki, Britaniya bundan öncə Abramoviçə viza verməkdən imtina edib. Buna səbəb Abramoviçin öz maliyyə mənbələri haqda məlumat verməməsi olub.