Rusiyanı bitərəcək yeni faktlar – SÜBUTLAR TƏQDİM OLUNDU
11-05-2018 17:28
Baxış sayı:
4360

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı yeni hesabatını yayımlayıb.
Muxalifət.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda Rusiyanın seçilər ərəfəsində Feysbuk üzərindən ABŞ əleyhinə 3 519 reklam və əks-təbliğat xarakterli məlumat yayımladığı bildirilir.
Yayım fəaliyyəti Rusiyada fəaliyyət göstərən “Internet Research Agency” (IRA) adlı şirkət tərəfindən həyata keçirilib. Bu məqsədlə sosial şəbəkədə 470 səhifə yaradan şirkət məlumatları 126 milyon amerikalıya çatdırıb.
Feysbuk bu faktı təsdiq edib və bununla bağlı hesabatını Konqresə təqdim edib.