Rusiyanın ən qoca kommunisti azərbaycanlı imiş - Foto
10-06-2018 19:36
Baxış sayı:
1870

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov 100 yaşlı azərbaycanlı Məmməd Mirzəməmməd oğlu Cəbrayılova təbrik məktubu göndərib.
Muxalifet.az-ın verdiyi məlumata görə, 80 ildir kommunist partiyasının üzvü olan Cəbrayılov, həm də bu ölkənin ən qoca kommunistidir. Hazırda 100 yaşını qeyd edən Məmməd baba müharibə veteranıdır. O, döyüş yoluna Bakıdan başlayıb, Berlində yekun vurub. Hazırda M.Cəbrayılovun Voronejdə yaşadığı bildirilir.
Məmməd Cəbrayılov hazırda Rusiya Kommunist Partiyasının ən qoca üzvü sayılır.