​"Rusiyanın qoruyucu mələyiyik" - LUKAŞENKO

Baxış sayı:
2500

Rusiya ilə Belarus bir-birinin qoruyucu mələyidir.
Bu sözləri "Belarus 1" telekanalına müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, Belarus Respublikası və Rusiya Federasiyası bir-birinə hər zaman sahib çıxacaq iki dövlətdir: "Biz kökü bir olan iki doğma xalqıq. Rusiya ilə Belarusiya bir-birinin qoruyucu mələyidir"
Belarus prezidenti onu da qeyd edib ki, Belarusiya ticari anlamda da Rusiyadan asılıdır.
Xatırladaq kı, 22 avqustda keçirilən mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Belarus arasındakı əlaqələrdə hər hansı bir ziddiyyətin olmadığını, olarsa belə asanlıqla həll edilə biləcəyini diqqətə çatdırmışdır.