Rusiyanın "Suriya uğursuzluğu" və ABŞ-ın "Sezar" qanunu - TƏHLİL

Rusiyanın əsas səhvi bundadır ki, özünü böyük bir hərbi potensial mirasa sahiblənmiş fövqəldövlət hesab edir, lakin beşinci avtoritar "mafiya" əlinə düşüb. Bu çaşqınlıq Vladimir Putinin hakimiyyətə gəlməsi ilə daha da gücləndi və Rusiyanı Amerika və Avropa ilə qarşıdurmaya getməyə məcbur etdi ki, bu da Rusiya əleyhinə sanksiyaların tətbiq olunmasına, ölkədəki iqtisadi vəziyyətin və Rusiya vətəndaşlarının həyat səviyyəsinin pisləşməsinə səbəb oldu. Sanksiyalara cavab olaraq Rusiya Avropadakı sağçı populist qüvvələrə dəstək verdi. Yeri gəlmişkən, Avropa ölkələrində bu cür qüvvələr dəstəklənmir, buna görə də onlar Avropanın gələcəyində əhəmiyyətli rol oynamayacaqlar. Beləliklə, Rusiya Avropa və Amerikaya təzyiq "rıçaqlarını" səhv seçdi. Həm də unutmayaq ki, Rusiya avropalıların və amerikalıların səssiz razılığı ilə Suriyada vətəndaş müharibəsinə müdaxilə etdi, lakin bu, gözə çarpan nəticələr vermədi, çünki Rusiya Suriya üzərində gözlədiyi nəzarəti əldə edə bilmədi. Rusiya ABŞ, Avropa və Türkiyə ilə razılığa gələ bilərdi və bu əraziyə tam nəzarət qura bilərdi, ancaq o, əvvəlcə İran və Suriya rejimi, sonra da Türkiyə və İsrail ilə ittifaqa girərkən səhv etdi. Bundan başqa, Misirə, Fars körfəzi ölkələrinə və İraqa silah satdı. Qeyd etmək lazımdır ki, Rusiya ABŞ-ı maraqlandırmayan bölgələrdə aktiv idi, buna görə də ABŞ Rusiyanın bölgədəki hərəkətlərinə göz yumdu. Amerikalılar Əsəd rejimini devirməməyə və ona qarşı heç bir tədbir görməməyə razı oldular, lakin Suriya rejiminin Rusiya ilə əlaqəsi amerikalıları qəti tədbirlər görməyə məcbur etdi. İndiki Rusiya Sovet İttifaqının itirilmiş şöhrətini bərpa etməyə çalışır, buna görə İran və Əsəd rejimi hərbi yardım tələbi ilə ona müraciət etdikdən sonra Suriyaya qoşun göndərməyə razı oldu. Rusiya ordusunun zəifliyi, Suriya münaqişəsində iştirak edən tərəflərin maraqları Rusiyanı çətin vəziyyətdə qoydu. Putin Cenevrə sazişlərini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini Astana və Soçidə baş verən proses çərçivəsində əldə edilən razılaşmalarla əvəz etdi. Bu, onu Türkiyə və İranla ittifaqda girov qoydu, tələyə ABŞ və ya Avropa deyil, Rusiyanın özü düşdü. Rusiyanın düşünülməmiş siyasəti, onu həm düşmənlərinin, həm də müttəfiqlərinin girovuna çevirdi. İraq və Livanda hökümətlə kütlə arasında qarşıdurmalar Rusiya və Suriya rejimi üçün fəlakətli nəticələrə səbəb olacaq, çünki nümayişçilər Bəşər Əsədin son müttəfiqləri sayılan mövcud rejimlərə qarşı çıxırlar, İraq artıq Suriyalı qardaşını milyardlarla dollar və ya hərbçilər ilə dəstəkləyə bilmir. Beləliklə, Əsəd rejimi iqtisadi böhranla üzləşdi və Rusiya və İran onu xilas edə bilmədi. Suriya lirəsi ucuzlaşmağa davam edir, Mərkəzi Bankın valyuta ehtiyatı demək olar ki, tükənib və əhalinin həyat səviyyəsi sürətlə pisləşir, buna görə bir çox mütəxəssis Suriya rejiminin nəzarətində olan ərazilərdə aclıq böhranının başlamasını gözləyir. Bu sadalanan faktorlar əlbəttə ki, səkkiz ildən çox vaxt ərzində beynəlxalq arenada olmayan rejimə mənfi təsir göstərir, əslində məğlubiyyətə düçar olan Rusiyadır, çünki, o, Bəşər Əsəd imicini nə Avropada, nə də Fars körfəzində bərpa edə bilmədi. Xatırladaq ki, Ankara hələ də Dəməşqlə münasibətlər qurmağı təxirə salır, çünki ABŞ və Avropaya qarşı olduğu kimi, Əsədə qarşı da bir sıra siyasi şərtləri var. İsrailə gəlincə, Rusiya indiki şərtlərlə Təl-Əvivlə Suriya rejimi arasında barışı təşviq edə bilməz. Beləliklə, Rusiya Suriyada ard-arda məğlubiyyət yaşayır. Suriya rejiminin beynəlxalq və regional arenalarda legitimliyini nəinki bərpa edə bilmir, əksinə sanksiyalar üzündən özü əziyyət çəkir. Bu vaxt, ABŞ-da, Suriyaya hərbi-iqtisadi yardım göstərən Bəşər Əsəd hökumətinə və xarici müttəfiqlərinə qarşı sanksiyalar nəzərdə tutan “Sezar qanun layihəsi” müzakirə olunur. Yeri gəlmişkən, ABŞ-ın yeni qanun layihəsinin Rusiyaya da şamil ediləcəyi bildirilir. Bundan əlavə, ABŞ-ın Suriyanın əksər neft yataqlarını nəzarətə almasını xatırlatmaq lazımdır ki, bunun nəticəsində Əsəd rejimi və Rusiya Amerikalıların Suriyanın siyasi gələcəyini təyin etməkdə mühüm rol oynayacağı ilə barışmalı olacaq. Beləliklə, Rusiya özünü xilas edə bilmədi. Aralıq dənizində hərbi gücünü genişləndirdi və Yaxın Şərq hökumətlərində "əsas açar rolu" oynayacağına ümid edərək, Suriya rejimi ilə yüzlərlə müqavilə bağladı. Amma ABŞ və Avropa Suriyadakı Rusiya siyasətinə hələ də əhəmiyyətli təsir göstərməyə davam edir. Hətta, Tramp qanunu imzalamasa da, Suriya rejiminə qarşı sanksiyalar davam edəcək. Çox güman ki, ABŞ lideri qanun layihəsini imzalamaq məcburiyyətində qalacaq, çünki ölkə daxilində böyük təzyiq altındadır. Düzünə qalsa, Prezident Trampın Sezar qanununa imzalaması və ya imzalamamasının əhəmiyyəti yoxdur. Bu gün Rusiya Suriyadakı situasiyanı həll etmək iqtidarında deyil. Suriyada rejim dəyişiklikləri tələbi ilə yeni vətəndaş qarşıdurmaları başlaya bilər. Sezar qanunu qəbul edilərsə, bu, Suriya rejiminin gələcəyinə ciddi təsir göstərəcəkdir. Yeni sanksiyalar Rusiyanın bölgədə hər vasitə ilə qarşısını almağa çalışdığı vəziyyəti kökündən dəyişdirəcək ciddi nəticələrə səbəb olacaq. Yenidən “Cenevrə-1”-də əldə olunnmuş razılaşmalarla qarşılaşacaq. Rusiya uğursuz siyasətinin Suriyanın məhvinə, suriyalıların ölümünə və məcburi köçkün olmasına gətirib çıxardığını başa düşürmü? Uğursuz Rusiya Suriya xalqının düşmənidir. Suriyada münaqişə həll edilməlıi, sistem kökündən dəyişməlidir ki, bu ölkədə münaqişəyə müdaxilə edən Rusiya və digər ölkələr qarışmaq üçün heç bir bəhanə tapmasınlar. Sonda vurğulamaq lazımdır ki, Suriya müxalifəti, siyasi və mədəniyyət xadimləri Suriyada yeni bir rejim qurmaq üçün səy göstərəcəklər, yeni bir siyasi rejim üçün səy göstərəcəklər. inosmi.ru Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az