Rusiyaya BMT-də bir zərbə də ABŞ-dan gəldi
15-03-2018 14:48
Baxış sayı:
3616

ABŞ Koreya yarımadasında vəziyyətin tənzimlənməsinə dəstək göstərilməsi ilə bağlı Çin və Rusiyanın təklif etdiyi layihəni bloklayıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb.
“ABŞ-ın BMT Təhlükəsizlik Şurasının üzvləri arasında heç bir müzakirə olmadan Rusiya və Çinin təşəbbüsünü bloklamaq qərarı Koreya yarımadasındakı münasibətlərdə yaranan istiləşmə kontekstində Vaşinqtonun əsl niyyətləri ilə əlaqədar suallar doğurur”, - Strjijovski deyib.
Qeyd edək ki, BMT TŞ-nın sözügedən iclasında həmçinin Britaniya da Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi layihəni bloklayıb.