​“Rusiyaya qarşı yeni cəbhələri ola bilər” - Donbas separatçılarının keçmiş komandiri

Baxış sayı:
1630

“Ukraynada müharibə uzanarsa, Rusiya üçün Zaqafqaziyada yeni cəbhə yarana bilər”.
Bu barədə Donbas separatçılarının keçmiş komandiri və FSB zabiti İqor Strelkov (Qirkin) videomüraciətində bildirib.
“Rusiya silahlı qüvvələrinin hərəkətləri nə qədər sürətli, qətiyyətli və təsirli olarsa, düşmən təzyiqinin bu cür cəbhələri bir o qədər çox yaranacaq və bu cəbhələrdə eskalasiya bir o qədər güclü olacaq”, - Strelkov hesab edir.
Donbass separatçılarının keçmiş komandiri qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar uzanarsa, Rusiyanın böyük problemləri olacaq: “Rusiya bu müddət ərzində bütün ehtiyatlarını sərf edərək Ukraynanı bir ildə məğlub edə bilməsə, Dnestryanı problemi də bir müddət sonra sona çatacaq. Polşalı könüllülər artıq batalyonlarda bizə qarşı döyüşürlər.
Və Kalininqrad məsələsi, Dnestryanı məsələsi, Zaqafqaziya məsələsi, Tacikistan-Əfqanıstan sərhədi məsələsi və Kuril adaları məsələsi... Bunların hamısı indi sürətli qələbəyə bağlıdır. Müharibənin uzanması yeni həm iqtisadi, həm də hərbi cəbhələrin yaranmasının qarantıdır”.