​Rusiyaya qarşı YENİ ZƏRBƏ - Tarixi açıqlandı

Baxış sayı:
7423

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində tətbiq edəcək.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib.
Qeyd edək ki, bundan öncə Mnuçin yeni sanksiyaların tətbiq ediləcəyini söyləsə də, dəqiq tarix açıqlamamışdı.
ABŞ yanvarın sonlarında “Kreml hesabatı”nı açıqlayıb. Hesabata 210 vəzifəli şəxs və oliqarxın adı daxil edilib. Rəsmi Vaşinqton bu şəxslərin hər birinin gələcəkdə sanksiyalar altına düşmək ehtimalı olduğunu bəyan edib.