S-400 böhranı ABŞ-a necə təsir edər?

Baxış sayı:
3649

Türkiyə ilə ABŞ arasındakı S-400 gərginliyini Anadolu Agentliyinə analiz edən Kılınc Buğra Kanat "Türkiyənin zərər çəkməsinə çalışarkən, ABŞ-ın da heç hesab etmədiyi itkilərinin olduğunu görəcəyik" deyə bildirib:
 
“Bu böhran əsnasında Türkiyəyə yönəldilən təhdidlər, yaşanan gərginliyin yalnız Türkiyəyə zərər verəcəyi təəssüratını ortaya çıxarmış olsa da, əslində bu cür böhranlar, kimin daha çox itirdiyini müəyyən etmənin olduqca çətin olduğu, qalibi olmayan nəticələr ortaya çıxarır. Əslində hər kəs birlikdə uduzur. Amma bəziləri nələr itirdiyi mövzusunda şüurlu bir hesab apara bilmir. Hər iki tərəfin zərər çəkdiyi vəziyyəti bütün çılpaqlığı ilə ortaya çıxır. Türkiyəni təhdid edən ABŞ rəhbərliyi, Türk ictimai rəyi və Türkiyə dövlətiylə əlaqələri ilə yanaşı, digər müttəfiqlərin də ABŞ-a baxışına təsir edəcək bir addım atmağa hazırlaşır.
"Etibarlı müttəfiq" ibarəsinin artıq ABŞ üçün asanlıqla deyilə bilməyəcəyi yeni bir dövrə giririk. ABŞ-ın müttəfiqlərinə nə etdiyini görən digər dövlətlərin, ittifaq əlaqələrinə girərkən, daha diqqətli olacağı bir dövr olacaq bu. NATO-da bu vəziyyətin yaradacağı böhranı hələ müzakirə etməyə belə başlamadıq. Orta Şərq xalqları bu addımı bölgənin ən əhəmiyyətli dövlətinin ABŞ tərəfindən sabitliksizləşdirilməsi olaraq şərh edəcək və bölgəyə yeni bir müdaxilə olaraq görəcək. Bütün bunlarla yanaşı, Türkiyəni zərər çəkdirməyə çalışarkən, ABŞ-ın da heç hesab etmədiyi itkiləri olduğunu görəcəyik. Böhran Tramp və Ərdoğanın keçirəcəyi görüşlə də həll edilə bilməzsə, hər iki tərəfin zərər çəkəcəyi proses rəsmi olaraq başlamış olacaq.
Bütün bunlar əslində girilən dalanı ortaya qoyarkən, iki ölkə əlaqələrində gözləntinin zəifliyi də əhəmiyyətli bir fürsət yaradır. Ediləcək müsbət bir açıqlama və sonra fəaliyyətə çevriləcək bir planlaşdırma, iki ölkə əlaqələri üçün bir rahatlama yaradacaq. Kritik nöqtə ABŞ-ın mövcud əmredici və təlqin edici səsinin artıq dünyada eşidilmədiyini anlamasıdır. Qeyd edildiyi kimi, ikili əlaqələrdə bir çox fərqli məsələlər öz həllini gözləyir və yeni bir çözümsüzlüyün ortaya çıxaracağı problem getdikcə böyüyür. ABŞ rəhbərliyi bir çox yerindən düyünlənilmiş bu bağı, düyünləri daha da çoxaldacaq hücumlarla həll etməyi düşünürsə, bu prosesdə özünün verəcəyi itkiləri kifayət qədər göz qarşısına almamışdır demək”.
Müxalifət.az