“S-400 məsələsində geri çəkilmək olmayacaq” - Türkiyədən açıqlama
24-05-2019 10:10
Baxış sayı:
7894

Türkiyə hökumət qaynaqları Türkiyənin S-400 proqramından imtina etməyəcəyini ifadə etməsinə baxmayaraq ABŞ-ın davamlı olaraq təzyiq xarakterli açıqlamalarını davam etdirməsinə dəqiq şəkildə qarşılıq veriləcəyini bildirib.
Hökümət qaynaqları S-400 mövzusunun "tamamlanmış" bir razılaşma olmasına baxmayaraq ABŞ-ın israr etməsinin səhv olduğuna işarə edib. Türkiyənin S-400 alışından imtina etməsinin söz mövzusu olmayacağının ABŞ mövqelərinə çatdırıldığı və edilən hər açıqlama qarşısında da lazım olan cavabın verildiyi vurğulanıb.
Müxalifət.az