S-400-ün məqsədli təxirə salınma yalanı: Seçki manipulyasiyası

Baxış sayı:
17821

Türkiyənin Rusiyadan alacağı S-400 hava müdafiə sistemlərinin təhvil tarixi yaxınlaşdıqca, ictimai rəyə təzyiqlər də artmağa başlayıb. İstanbul seçkilərindən əvvəl seçiciləri çaşdırmaq istəyənlər "S-400 hava müdafiə sistemlərinin təhvil verilmə tarixi təxirə salındı" yalanını ortaya atdılar.
 
ABŞ tərəfindən bir çox təhdid və sanksiyalarla üz-üzə qalan Türkiyə, qərarlı duruşundan geriyə addım atmazkən, indi də hava müdafiə sistemlərinin təhvil verilmə tarixinin təxirə salındığı yalanlarıyla ictimai rəyi çaşdırmağa çalışırlar. İstanbul seçkilərindən əvvəl vətəndaşlarda fikir çaşqınlığı yaratmaq istəyənlər "S-400 hava müdafiə sistemlərinin təhvil verilmə tarixi təxirə salındı" və ya "alış dayandırıldı" şəklində iddialarla millətin İstanbul üçün verəcəyi qərara təsir etməyə çalışırlar.
Bu yalanların hamısının ABŞ mərkəzli olduğunu ifadə edən Rusiyalı araşdırmaçı-jurnalist Saslanbek İsaev "S-400-lərlə əlaqəli çıxan yalan xəbərlər İstanbul seçkisindən əvvəli edilən bir quru təbliğat çalışması və manipulyasiyasıdır. Türkiyə və Rusiya arasındakı dostluq bağları çox güclüdür. S-400-lərlə əlaqəli razılaşmalar imzalandı, hər şey hazırlandı. Bu cür ifadələr İstanbul seçkisindən əvvəl reallaşdırılan bir ictimai rəy çaşdırılmasıdır. Onsuz da bu xəbərlərin qaynağına baxsanız, qlobal xəbər kanallarını görərsiniz. Türkiyə içərisindəki müxalifləri və bu qlobal xəbər kanallarını müşahidə etdiyiniz zaman ortaya atılan yalanın qaynağı özünü müəyyən edər. Türkiyə ilə Rusiya arasında bir problem olsaydı bunlar onsuz da səlahiyyətlilər tərəfindən dilə gətirilərdi" deyib.
 
S-500-ün ortaq istehsalında maneə yoxdur
 
Türkiyə və Rusiya arasında ortaq edilməsi planlanan S-500 hava müdafiə sistemləriylə əlaqədar fikirlərini də paylaşan araşdırmaçı-jurnalist Saslanbek İsaev, "Rusiya mənşəli bir avtomobil markası bu anda Türkiyədə istehsal edilir. Rusiyada düşən təyyarə də yerli olmasına baxmayaraq bir çox parçası kənardan gəlmişdi. Əgər bir şeyi istehsal etmək istəyirsinizsə və daha yaxşı texnologiya, daha az vəsaitin xərclənmənsini istəyirsinizsə, bunu digər ölkələrlə razılaşaraq əldə edə bilərsiniz. İki ölkənin də istəyi istiqamətində istehsal edilə bilər. Buna görə, bu silahların ortaq istehsalında hər hansı bir maneə görünmür. Rusiya və Türkiyə bu cür mövzuları masada danışa və həll edə bilən iki böyük ölkədir. Ölkələr qlobal bazarlarda bu cür mövzularda əməkdaşlıq edə bilər. Türkiyə bu gün öz raketlərini istehsal edə bilir. İnfrastrukturu var. Bu razılaşmalar da daha çox iki lider arasındakı dostluq əlaqəsinə bağlıdır. Liderlərin arası nə qədər yaxşı olsa, ölkələr arası əməkdaşlıq o qədər yaxşı olar" deyə söyləyib.
Müxalifət.az