Saakaşvili: Tiflis Poroşenkoya yalvarırdı ki...
7-03-2018 16:28
Baxış sayı:
5800

Gürcüstan hökuməti Ukrayna Prezidenti Pyotr Poroşenkodan Tiflisə qaytarılmamağımı istəyib. Muxalifət.az xəbər verir ki, bunu “Meduza” saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. “Əgər məni Gürcüstan həbsxanasına salsaydılar, Gürcüstanda inqilab olardı. Ona görə də gürcü hökuməti Poroşenkodan Gürcüstana qaytarılmamağımı istəyib. Əgər gürcü hökuməti məni həbsdə saxlaya biləcəyinə azca da olsa inansaydı, ekstradisiyamı qəbul edərdi. Onlar mənə olan dəstəyi bilirlər. Anlayırlar ki, mən həbsdə bir neçə gün qalacaqdım, sonradan onların özləri həbsə girəcəkdilər”, – deyə o bildirib.