Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
13-03-2019 08:09
Baxış sayı:
9802

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.
Muxalifet.az RİA "Novosti"yə istinadən xəbər verir ki, o, aprelin 1-də Kiyev hava limanında olacağını deyib.
Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır.
O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb./report