​Saakaşvilinin tərəfdarları HƏBS OLUNDU – Ali Radanı partlatmaq istəyirlərmiş

Baxış sayı:
11353

Ukrayna hüquq-mühafizə orqanları sabiq Odessa qubernatoru Mixail Saakaşvilinin bir qrup silahlı tərəfdarını həbs edib.
Avropa.info xəbər verir ki, Ukraynanın baş prokuroru Yuri Lutsenkonun iddiasına görə üzərilərində silah aşkarlanan şəxslər Ali Radanı ələ keçirmək istəyirmişlər. Prokuror həbs olunan şəxslərdən birinin parlament zalına qumbara atmağa hazırlaşdığını bildirib:
“Saakaşvilini buna görə günahlandırmıram. Ehtimal ki, o, bu barədə xəbərsizdir. Lakin onun fəaliyyəti, seçdiyi ritorika dəlisovları cəlb edirdi… Düşünürəm ki, Saakaşvilinin bu ölkədə bəyan etdiyi təcavüzkar bolşevizm gələcəyimiz üçün çox təhlükəlidir”.
Saakaşvili tərəfindən Kiyevdə təşkil olunan aksiyanın iştirakçılarından birinin üzərində 20 kq partlayıcı tapılıb.
“Saakaşvilinin təcavüzkar ritorikası sayəsində onun ətrafına olduqca aqressiv insanlar yığılır. Onlardan birindən 20 kq plastid tapmışıq. Müqayisə üçün deyim ki, 20 kq plastid Ali Radanın bir divarını tam dağıtmağa kifayət edir. Bu faktdır” – baş prokuror belə deyib.