Sabah Bakıda az yağış yağacaq

Baxış sayı:
4699

İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bununla belə, səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu yarımadada gecə 20-25°, gündüz 30-35°, Bakıda gecə 23-25°, gündüz 32-34° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-40°, dağlarda gecə 15-20°, gündüz 25-30° isti təşkil edəcək.