Sabiq Qırğızıstan prezidentindən açıqlama: "ƏRDOĞANLI TÜRKİYƏNİ KİMSƏ DAYANDIRA BİLMƏZ”

Sabiq Qırğızıstan prezidenti Akayev," Türkiyə, Rəcəb Tayyib Ərdoğanın liderliyində 2030-a gəldikdə, regionun ən mühüm güclərindən biri olacaq. Bəzi dairələr bunu əngəlləmək istəyir, amma bu cəhdlər nəticəsiz qalacaq. ABŞ dəstəkləməsə də Türkiyə terror qalib gələcəkdir. Türkiyənin şansı Ərdoğan kimi güclü bir liderə sahib olmasıdır" deyə, söyləyib.
Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev, Türkiyə və onun lideri haqda çox xoş sözlər deyib. Türkiyənin daxili və xarici siyasətdə özünü yeniləməyə çalışdığını bildirən Akayev, "Türkiyə, Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə ABŞ başda olmaqla, imperialist güc mərkəzlərinə qarşı müstəqillik mübarizəsi aparır. Türkiyənin 2030-cu illərdə regionda mühüm güc halına gələcəyinə kimsənin şübhəsi yoxdur. Bəzi dairələr bunu əngəlləmək istəyir, amma bu cəhdlər nəticəsiz qalacaq. Avropa getdikcə qocalır, gənc əhaliyə nisbətən yaşlı əhalinin çox olması və çox pensiya ödənməsindən dolayı Aİ üzvü olan dövlətlərin büdcələri xeyli çətinlik çəkirlər. Türkiyənin isə çox mühüm üstünlükləri vardır. Ən mühüm üstünlüklərindən biri gənc əhaliyə malik olmasıdır. 2002-ci ildən etibarən iqtisadi artım və sənayeləşmə siyasəti sayəsində yüksələn bir qrafik söz mövzusudur. Türkiyənin əngəlləri dəf etmə potensialı var. Türkiyə istehsal edən bir iqtisadiyyata sahibdir. Dünya bazarlarındakı payı isə artır. Türkiyənin iqtisadi, hərbi və siyasi sahələrdəki uğurları bizi, yəni Türk Dünyası və İslam aləmini həm xoşbəxt edir, həm də cəsarətləndirir. Çünki, Türkiyə bizim işığımızdır. Bizim etibarımız və himayədarımızdır və qürur mənbəyimizdir" deyib.
AVROPA, TÜRKİYƏNİ MODEL ALIR
Akayev belə davam edib: "Dünyanın ən böyük iqtisadi güclərindən biri olan Avropa Birliyi, artıq Amerikadan qurtulmağın yollarını arayır. Aİ, öz müdafiə və strateji konsepsiyasını və xarici siyasətini ABŞ-dan ayrı olaraq formalaşdırmağı hədəfləyir, ancaq, ABŞ daim buna mane olur. Cənab Ərdoğanın ABŞ-a qarşı güclü bir müqavimət göstərməsi Aİ ölkələrini də ruhlandırmışdır. Yəni Ərdoğan rəhbərliyindəki Türkiyənin cəsarət və özünə inamı Aİ üçün model olmağa başlayıb. Çünki Ərdoğanın cəsarətli davranışı imperialist gücləri geriyə addım atdırdı və bundan sonra da Türkiyənin müdafiə etdiyi strateji təkliflər dəyər qazanmağa başlayacaq".
Müxalifət.az