​Sabirabadda əməliyyat: Narkotik bağbanı HƏBS EDİLDİ

Baxış sayı:
1309

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilib.
Muxalifət.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsgərbəyli kənd sakini, 32 yaşlı Əhməd Əbilov saxlanılıb.
Ona məxsus həyətyanı sahəyə də baxış keçirilib.
Bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 475 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.