Şagirdlərə qarşı 62 fiziki şiddət göstəricisi qeydə alınıb - STATİSTİKA

"Ötən il orta məktəblərdə müəllimlər tərəfindən şagirdlərə 47 mənəvi, 62 fiziki şiddət göstəricisi qeydə alınıb".
Bu sözləri "Məktəblinin dostu" layihəsi ilə bağlı tədbirdə jurnalistlərə açıqlama verən layihə rəhbəri Rüstəm Ağayev deyib. O bildirib ki, layihə çərçivəsində 2016-17-ci illərdə 117 müəllim-şagird münaqişəsi qeydə alınıb:
"Ötən il ilə müqayisədə bu il həmin göstəricilər 35 olub. Şagirdlər arasında isə 2016-2017-ci ildə 757, 2017-2018-ci ildə isə 615 münqişə qeydə alınıb. Məktəblərə 104 dəfə təcili tibbi yardım briqadası çağrılıb, ümumilikdə isə 2086 ilkin tibbi yardım göstərilib.
117 nömrəli məktəbdə şagirdlərdən bir neçəsinin həyatının xilas edilməsi istiqamətində zəruri tədbirlər görülüb:
"Məktəb şagirdi valideynlərinə "gedirəm" deyə məktub yazıb. Mövcud vəziyyətlə bağlı ona psixoloji yardım göstərilib. Bundan başqa 5 məktəbdə yanğının qarşısı alınıb. 83 oğurluq faktı, 27 reket halı, 13 spirtli içki və 281 siqaret istifadəçisi qeydə alınıb".
Rüstəm Ağayev sonda onu da əlavə edib ki, 2016-2017 ci tədris ili ərzində müəllimlər tərəfindən şagirdlərə qarşı 47 mənəvi, 62 fiziki şiddət göstəricisi qeydə alınıb. 2017-2018-ci ildə isə bu göstəricilər 11 mənəvi, 33 fiziki şiddət olaraq dəyişib".