Sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olundu
29-03-2019 20:13
Baxış sayı:
11491

Yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin edilib.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.
O qeyd edib ki, Bakının Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 mart tarixli Sərəncamında verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin olunub.