Salyanda yanacaqdoldurma məntəqəsində ölüm
27-06-2019 11:37
Baxış sayı:
2788

Salyanda "Hepatit C" xəstəliyindən əziyyət çəkən şəxs küçədə ölüb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, hadisə Ələt-Astara-İran avtomobil yolunda baş verib.
Yolun 63-cü kilometrliyindəki "LukOil" yanacaqdoldurma məntəqəsinə gələn Astara rayon sakini, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan, "Hepatit C" xəstəliyindən əziyyət çəkən, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Ağakişi oğlu yanacaqdoldurma məntəqəsində qəfil özünü pis hiss edib və huşunu itirib.
Təcili tibbi yardım briqadasının köməyi ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Mirzəyev orada dünyasını dəyişib.