Salyanda yol QƏZASI: Ər-arvad xəsarət aldı
25-05-2019 09:27
Baxış sayı:
2374

Salyan rayonunda yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtombillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.