Samuxda EV YANDI: Yaşlı qadın tüstüdən zəhərləndi
25-02-2019 09:58
Baxış sayı:
3502

Samux rayonunda 1 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib.
Rayonun Alabaşlı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın zamanı, 1965-ci il təvəllüdlü Laləzər Məhərrəm qızı Hüseynova tüstüdən zəhərlənib.
Xəstəxanaya aparılan qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.