Sanksiya iş adamını TƏYYARƏSİZ QOYDU – Üçünü də geri aldılar
11-05-2018 14:09
Baxış sayı:
4081

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara görə, ciddi zərərlə üzləşmiş alüminium nəhəngi “Rusal” şirkətinin sahibi, oliqarx Oleq Deripaska kreditlə aldığı 3 özəl təyyarəsini geri vermək məcburiyyətində qalıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, artıq o, bundan sonra sanksiyalara görə xüsusi təyyarələrindən istifadə edə bilməyəcək.
Oliqarxın geri verdiyi təyyarələr artıq satışa çıxarılıb. İki təyyarə üçün 30 milyon dollar qiymət müəyyən edilib.
Qeyd edək ki, “Gulfstream Aerospace” istehsalı olan “business class jet” təyyarələri uzunmənzilli uçuşlarına və daxili komfortuna görə, özlərinə asanlıqla zəngin müştəri tapa bilirlər.