​Əsəd Putinin əmrinə TABE OLMADI

Baxış sayı:
8743

Suriyada Bəşər Əsəd rejimi Şərqi Quta istiqamətində atəşkəsi pozub.
Muxalifət.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
Atəşkəsin pozulmasına münasibət bildirən Rusiya isə atəşkəsi Şərqi Qutaya nəzarət edən müxaliflərin pozduğunu açıqlayıb.
“Şərqi Qutada humanitar koridor top atəşinə tutulur. Müxaliflərin top atəşi mülki insanların ərazini tərk etməsinə imkan vermir”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib.
Qeyd edək ki, Şərqi Qutada Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə bir ay müddətinə hər gün 10:00-dan 15:00-a qədər atəşkəs elan edilmişdi.