Əsədə qarşı yeni TƏHLÜKƏ - Müxalifət ən böyük qruplaşmasını yaratdı
19-02-2018 11:17
Baxış sayı:
8236

Suriyada ölkənin ən böyük hərbi qruplaşması yaradılıb.
Muxalifət.az xəbər verir ki, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan iki qrup – Əhrar Şam İslam Hərəkatı və Murəddin Zəngi Hərəkatı eyni cəbhədə birləşib. Beləliklə, Əsəd rejiminə qarşı ən böyük qruplaşma qurulub.
Bu barədə hər iki hərəkat sosial media hesabından açıqlama verib. Açıqlamada hərəkatların “Suriya Qurtuluş Cəbhəsi” altında birləşdiyi bildirilib. Həmçinin, “Suriyada siyasi qərar mexanizminin tək bir qrupun ixtiyarına buraxılmaması, qruplara qarşı hücumların dayandırılması və xarici qüvvələrin istəklərinə boyun əyməmək üçün bu qrup yaradıldı”,- ifadələri işlədilib.