Əsəd və Rusiya vurdu! Çox sayda ölü var

Əsəd rejimi ilə Rusiya sahur vaxtından etibarən "İdlib Gərginliyi Azaltma Bölgəsi" daxilindəki Xan Şeyxin mahalı, Kensafra diyarı, Abidin, Şeyx Mustafa, Serce, Əl Bara, əl Habit, İhsem, Sermin ce Ureynine kəndləri ilə Hamanın Kefer Zita mahalına hava hücumları edib.
Mülki Müdafiə (Ağ Beretlilər) qaynaqlarından alınan məlumata görə, hava hücumlarında Əl Barada 3, Əl Habitdə 3 və Serce kəndində 7 olmaqla, toplam 13 mülki şəxs həyatını itirib. Çox sayda insan da yaralanıb.
Beləcə Əsəd rejimi və dəstəkçilərinin dünən axşam saatlarından etibarən reallaşdırdığı hücumlarda ölənlərin sayı 20-dən 33-ə yüksəlib.
Mülki Müdafiə qrupları sıx bombardman altında xilasetmə işlərinə davam edərkən, ölü və yaralı sayının artmasından narahatdırlar.
Əsəd rejiminə qarşı müxalif güclərin sosial media hesabı üzərindən etdiyi açıqlamada, hücumların Rusiyaya aid döyüş təyyarələri tərəfindən təşkil edildiyinə işarə edilərək "Lazkiyedəki Hımeymim bazasından Rus döyüş təyyarələri qalxdı" deyə qeyd olunub.
Müxalifət.az