Əsəddən vəhşilik: uşaq xəstəxanası bombalandı
10-06-2018 20:18
Baxış sayı:
1465

Əsəd rejiminə məxsus hərbi təyyarələr İdlibdəki uşaq xəstəxanasını və yaşayış məntəqəsini bombalayıb.
Muxalifet.az xəbər verir ki, hücum zamanı 17 mülki şəxs həlak olub, xeyli insan yaralanıb.
İdlib rəsmiləri həlak olanlardan 3-nün uşaq olduğunu, xəstəxananın tamamilə yararsız hala düşdüyünü açıqlayıb.
Rəsmilər ölü sayını artma ehtimalının olduğunu bildiriblər.