Sədr olsam, Türkiyə ilə danışıqlar dayandırılacaq - Veber
6-03-2019 19:32
Baxış sayı:
32377

Avropa Komissiyasının sədri olsam, Türkiyə Avropa Birliyinin üzvü olmayacaq.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Manfred Veber bildirib.
Veber Türkiyə ilə müzakirələrin də dayandırılacağını bəyan edib:
"Hər kəs Türkiyə ilə yaxşı əlaqələr qurmaq istəyir. Amma mən Avropa Komissiyasının sədri olsam, Brüsseldəki səlahiyyətlilərə Türkiyə ilə üzvlük danışıqlarını dayandırmaq barədə tapşırıq verəcəyəm".