Seçki yenidən keçirilsə Binalı Yıldırm namizəd olacaqmı?

Baxış sayı:
4969

“Cumhur İttifaqı”nın İstanbul Bələdiyyə sədrliyinə namizədi Binali Yıldırım jurnalistlərin suallarını cavablandırıb.
 
Yıldırıma verilən "Sizin vəkiliniz “yenidən seçki keçirilsə, namizədləri dəyişməyəcək” demişdi. “Bu barədə düşüncələriniz nədir” sualına, "YSK-nın qərarı hələ dəqiq deyil, buna görə də, bu mərhələdə bir namizəd haqqında fərziyyələrlə danışmaq düzgün deyil" deyə cavab verib.
"Dolaşan məlumatlara görə, təkrar seçki qərarı olarsa, sizin seçkidən çəkiləcəyiniz, MHP sədri Dövlət Baxçalının da “Cumhur İttifaqı” namizədi olaraq Daxili İşlər naziri Süleyman Soyluya dəstək verəcəyi bildirilir” deyə verilən növbəti suala isəYıldırım, "Az öncə söylədiyim bu sual üçün də keçərlidir. Ortada bir qərar yox ikən şəxsimlə bağlı belə bir dəyərləndirmə etməm doğru olmaz" deyib.
Müxalifət.az