Seçkiyə 33 gün qalmış son anket! ƏRDOĞANA VERİLƏCƏK SƏS NİSBƏTİ

Baxış sayı:
5821

“A&g” Araşdırma təşkilatının rəhbəri Adil Gur, Türkiyə prezidenti Ərdoğanın 55 faiz səs alacağını deyib.
 
Araşdırma şirkətləri, iyunun 24-də keçiriləcək seçkilər öncəsi ictimaiyyətin nəbzini tez-tez tutmağa başlayıb.
Prezident seçkilərinə dair son rəqəmlər, “A&g” Araşdırma təşkilatının rəhbəri Adil Gurdan gəlib.
 
SEÇKİLƏR İLK TURDA BİTƏCƏK
 
Adil Gur, prezident Rəcəb Tayyib Ərdoğanın səs nisbətinin 55% səviyyəsində olduğunu ifadə edib.
Seçkilərin ikinci tura qalmayacağını qeyd edən Adil Gur, CHP namizədi Məhərrəm İncə üçün də fikir bildirib.
Gur, İncənin CHP-nin ümumi seçkidə aldığı səs nisbətindən daha çox səs ala biləcəyini deyib.
Müxalifət.az