Seneqallının ölümü Madridi qarışdırdı: polislə toqquşma

Afrikadan olan şəxsin İspaniyanın paytaxtı Madriddə öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlar başlayıb.
Muxalifət.az axar.az-a iistinadən xəbər verir ki, bu barədə informasiyanı “El Pais” qəzeti yayıb. İğtişaşlar zamanı 10 polisin və 4 etirazçının yaralandığı bildirilib. Etirazçılar aksiya zamanı “Polis dövləti yox, sosial dövlət”, “Polislər qatildir”, “Polislər Madriddən rədd olun” şüarları səsləndiriblər.
Aksiya zamanı həmçinin avtobus dayanacaqlarına zərər vurulub, zibil yeşikləri və polis avtomobilləri yandırılıb. Polis etirazçılara qarşı rezin güllələrdən istifadə edib.
Qeyd edək ki, bundan öncə Madriddə əslən Seneqaldan olan Mame Mbaqe ürək çatışmazlığından vəfat edib. Polisin bu bəyanatını onun yaxınları qəbul etməyiblər. Onlar Mbaqenin polisin küçə tacirlərini qovduğu zaman həlak olduğunu deyiblər.