SENSASİON ANLAŞMA: İran silahlıları çıxır, Tel-Rifat Türk ordusuna təhvil verilir

Baxış sayı:
4036

TSQ-nin “Zeytun Budağı” Hərəkatı Suriyadakı nizamı bir daha dəyişdirib. İranın dəstəklədiyi 2 mindən çox qüvvə, 5 gün ərzində Tel Rifat qəsəbəsini tərk edəcək. Qəsəbənin, Rusiya və İran ilə varılan anlaşmaya uyğun olaraq TSQ və Azad Suriya Ordusuna (ASO) təhvil verilməsi gözlənilir. Bölgənin dövr edilməsi üçün Ankara-Moskva xəttində telefon diplomatiyasının başladığı bildirilir.
“Habertürk”-ün xəbərinə görə, İrana bağlı qüvvələr Azez ilə Hələb şəhərləri arasında strateji əhəmiyyətə malik Tel Rifat qəsəbəsindən çəkilməyə başlayıb.
İrana bağlı 2 mindən artıq qüvvə, 5 gün ərzində qəsəbəni tərk edəcək. Qəsəbənin, Rusiya və İran ilə varılan anlaşmaya uyğun olaraq TSQ və Azad Suriya Ordusuna (ASO) təhvil verilməsi gözlənilir. Bölgənin dövr üçün Ankara-Moskva xəttində telefon diplomatiyasının başladığı bildirilir.
Suriyada şərq-qərb keçidində İdlibə qədər uzanan keçid dəhlizi üzərində yerləşən Tel Rifat bölgəsi, daha əvvəl Əhrar Əl Dəməşq, Əl Şamiyə Cəbhəsi və əl Fəth Briqadası təşkilatlarının bazası kimi tanınırdı. Ancaq bu qrupların bölgəni tərk etməsindən sonra region terror təşkilatı PKK-nın Suriya qolu olan PYD/YPG nəzarətinə keçmiş və İrana bağlı qüvvələr də bölgəyə yerləşmişdi. Ankaranın, İranın bölgəni Əsəd qüvvələrinə təhvil vermək istəməsinə qarşı da hərəkətə keçdiyi və bu kontekstdə Moskva ilə intensiv diplomatik danışıqlar apardığı bildirilir.

Müxalifət.az