Səfər Mehdiyev: 500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb

Baxış sayı:
3079

"Son iki ildə Dövlət Gömrük Komitəsində institusional islahatların fəaliyyət dairəsi genişləndirilib".
Muxalifet.az xəbər verir ki, bunu Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, hazırda "Yaşıl Dəhliz" sisteminin iştirakçıları 505-ə çatıb: "Bu ilin fevralın 1-dən fəaliyyətə başlamasına baxmayaraq "Yaşıl Dəhliz" sisteminin iştirakçılarının sayı 505-ə, bu sistem üzrə dövriyyənin həcmi 8 milyard dollara çatıb. Məhz aparılan islahatlar nəticəsində dövlət büdcəsinə ödənilən vergi və rüsumlarln həcmi əlavə olaraq 2 milyard manata çatıb. Məhz aparılan sağlamlaşdırma işləri nəticəsində gömrük əməkdaşları tərəfindən 500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb".
Xatırladaq ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edirlər.
Muxalifet.az