Şimali İraqda Türk səlahiyyətlilərə hücum!

İraq Kürd Regional Rəhbərliyinin (IKBY) paytaxtı Ərbildə bir restoranda Türk səlahiyyətliləri hədəf alan silahlı hücum təşkil edilib. Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada, bir konsulluq əməkdaşının şəhid edildiyi qeyd edilərkən, "Hücumu törədənlərin tezliklə tapılması üçün İraq höküməti və yerli səlahiyyətlilər nəzdində cəhdlərimiz sürməkdədir" deyilib.
Hadisə Türkiyənin Ərbildəki Konsulluğunun yaxınlığındakı restoranda baş verib.
Məlumata görə, təcavüzkar 2 ədəd avtomat silahı ilə konsulluq əməkdaşlarının oturduğu masanı atəşə tutub. Nəticədə 1 konsulluq əməkdaşı ölüb, 2 əməkdaş da ağır yaralanıb.
Türkiyənin Prezident Sarayından hadisə ilə bağlı sərt münasibət bildirilib və bu terror hadisəsinə lazımlı cavabın veriləcəyi qeyd edilib.
Müxalifət.az