Şimali Koreya var oluşuna peşman olacaq – Tramp AÇIQLADI
23-02-2018 21:41
Baxış sayı:
12007

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı bu günə qədər tətbiq edilən ən genişmiqyaslı sanksiyaların siyahısını açıqlayacağını bildirib.
Muxalifet.az xəbər verir ki, Trampın “Gaylord” Konqres Mərkəzində keçiriləcək Mühafizəkar Siyasi Fəaliyyət Konfransındakı çıxışının başlıqları Ağ Ev tərəfindən açıqlanıb.
“Bu gün Şimali Koreya rejiminə qarşı ən genişmiqyaslı sanksiyaları tətbiq edəcəyimizi bildirirəm. Maliyyə Nazirliyi, Şimali Koreyanı sanksiyalardan yaxa qurtarmağa kömək edən 56 gəmi, logistika və ticarət şirkətini hədəf almaqla, rejimin nüvə proqramını maliyyələşdirən gəlir mənbələrinə qarşı yeni addımları yaxında açıqlayacaq”.