Sionistlərin YENİ OYUNU - "EUROVİSİON!"

Türkiyənin 2012-ci ildən bəri haqsız səsvermə və bu səbəblə də qatılmadığı “Eurovision” mahnı müsabiqəsi İsrailin Qüdsü paytaxt etmə təxribatı üçün vasitə olaraq istifadə olunacaq. Builki yarışmanı qazanan İsrailli müğənninin, "gələn dəfə Qüdsdə" deyə bağırması diqqətlərdən qaçmayıb.
ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq qanuniləşdirmək məqsədi ilə səfirliyini köçürməsindən sonra dünya ictimaiyyətində bu istiqamətdə yeni dəyişikliklər baş verir. Türkiyənin 2012-ci ildən bəri haqsız səsvermə səbəbilə qatılmadığı Eurovision mahnı müsabiqəsində, ötən bazar günü İsrail birinci elan edilib. Qaydaya görə hər il müsabiqədə qalib olan ölkənin paytaxtında keçirilən müsabiqə, gələn il İsrailin paytaxtı sifəti ilə Qüdsdə keçiriləcək.
İSRAİL BİRİNCİ ELAN EDİLİB
İsrailin dəstəkçisi ABŞ-ın səfirlik oyunu ilə Fələstinin qan gölünə çevrilməsindən sonra, yeni bir oyun da mahnı müsabiqəsi “Eurovsion”da nümayiş etdirildi. Səsvermə sisteminin ədalətli olmaması səbəbiilə Türkiyənin 2012-ci ildən bəri qatılmadığı yarışda, hakimlər və xalq səsləri ilə İsrail, şübhəli şəkildə qalib elan edilib.
GƏLƏN İL QÜDSDƏ!
Hər il birinciliyi əldə edən ölkənin yarışmanı öz paytaxtında keçirmək hüququ qazandığı “Eurovision”da, birinci elan edilməsindən sonra səhnəyə çıxan İsrailli müğənninin çıxışında "gələn dəfə Qüdsdə" deyə, qışqırması isə diqqətlərdən qaçmayıb. İndidən 16 ölkənin iştirak edəcəyini açıqladığı Qüdsdə keçiriləcək olan yarışmanı televiziyalardan yüz milyonlarla insanın izləməsi gözlənilir. Sözügedən yarışmanı Qüdsdə təşkil edərək bütün dünyaya "İsrailin paytaxtı Qüdsdür” hissi yaratmaq istəyən İsrail, onlarla etirazçı Fələstinlini amansızlıqla qətl edib.
Müxalifət.az