Skripal əngəli: Abramoviç iş icazəsi də almalıdır
30-05-2018 22:23
Baxış sayı:
10300

"Çelsi" futbol klubunun sahibi Roman Abramoviç İsrail vətəndaşlığı aldıqdan sonra İngiltərədə iş icazəsi də almalıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən İngiltərə hökumətinin sözçülərindən biri məlumat verib.
Sözçü bildirib ki, Abramoviç 6 aya qədər İngiltərədə yaşaya biləcək, ancaq hər hansı işlə məşğul ola bilməz.
Qeyd edək ki, rusiyalı keçmiş zabit Sergey Skripal və qızı İngiltərədə zəhərləndikdən sonra Rusiyanın iş adamlarına qarşı sanksiyalar tətbiq edilib.