Səlim Müslümovun həbs təhlükəsi - APARILAN TƏFTİŞİN SABİQ NAZİRİ BİTİRƏ BİLƏCƏYİ İDDİA OLUNUR

Ötən həftə maliyyə naziri Samir Şərifovla sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov da medianın gündəmində olub

Baxış sayı:
10213

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 08-14 may 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olmuşdur. “Səlim Müslümovun yüksək vəzifələrdə olan qohumları da işdən çıxarılır – ADLAR”, “VƏZİFƏDƏN ÇIXARILAN MƏMURLARIN FƏALİYYƏTİ YOXLANILIR - Həbslər gözlənilir'', “Səlim Müslümov həbs olunacaqmı? – Hələlik təftiş gedir…”, “Hesablama Palatası DSMF-nin fəaliyyətində ciddi nöqsanlar aşkar edib – RƏSMİ”, “Ölülələrə pensiya verən Səlim Müslümov 15 ilədək həbs oluna bilər - Hüquqşünas rəyi”, “SƏLİM MÜSLÜMOV BARƏDƏ SENSASİON FAKTLAR” başlıqlı 5 məqalə ümumilikdə 31 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri ölkənin Maliyyə naziri Samir Şərifov “Samir Şərifovun tikinti şirkətində qalmaqal: əhali etiraza qalxdı, bir fəhlə öldü”,  “Samir Şərifovun həsəd apardığı oliqarx məmur kimdi? – Rəşid Manafov xanədanlığı” başlıqlı məqalələrin 6 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Azərbaycan” qəzetində Heydər Əsədov sərt tənqid olundu – “Hanı kəndliyə, fermerə edilən güzəştlərin nəticələri?”, “VƏZİFƏDƏN ÇIXARILAN MƏMURLARIN FƏALİYYƏTİ YOXLANILIR - Həbslər gözlənilir” başlıqlı məqalələrin 4 elektron KİV-də yayılması ilə sabiq Kənd Təsərrüfatı Naziri Heydər Əsədov tutur.

DEPUTAT ELMİRA AXUNDOVA DƏRMAN MAFİYASINI HİMAYƏ EDİB...

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputat Elmira Axundovanın adı dərman mafiyasına qarışdı”, “SAXTA DƏRMAN SATAN APTEKLƏR KİMİNDİR? – DTX-nın “vurduğu” apteklərdən biri deputatındır!”, “Modelin ölümü, 8 milyonluq iş, dərman mafiyası... deputat oğlunun şok dosyesi - Sensasiya!!!”, “Xanım deputat SƏRT DANIŞDI: "Niyə araşdırmırsınız, qorxursunuz?” başlıqlı 4 məqalənin 8 saytda yayılması ilə deputat Elmira Axundova tutur.

Mətbuatda ən çox ad hallanan depututlar siyahısında 2-ci yeri Ülvi Quliyev “Deputata məxus dərman deposu bağlanıb?” başlıqlı məqalənin 1 elektron KİV-də yayılması ilə tutur.

Muxalifet.az