​Sobçakın namizədliyinin ləğvi üçün müraciət edildi – SƏBƏB

Baxış sayı:
3361

Mərkəzi Seçki Komissiyasına Kseniya Sobçakın Rusiya prezidentliyinə namizədliyinin ləğv edilməsi ilə bağlı sorğu göndərmişəm.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının deputatı Natalya Poklonskaya söyləyib. Onun sözlərinə görə, buna səbəb Sobçakın Rusiyanın ərazi bütövlüyünə hörmət etməməsiylə bağlı çıxışları olub:
“Bu, namizəd üçün biabırçılıqdır. Mən bununla bağlı susa bilmərəm”.
O, Krımın yenidən Ukraynanın tərkibinə qayıtmasının mümkün olmadığını bildirib:
“Ukrayna özü, tezliklə, Rusiyaya qayıdacaq. Krımın qaytarılması sadəcə mümkünsüzdür. Ukraynanın oyanışı yalnız Rusiya ilə birgə olacağı təqdirdə mümkündür. Bu ölkə öz mədəniyyəti, ənənəsi və dili ilə heç bir Qərb ölkəsinə lazım deyil”.
Qeyd edək ki, Poklonskaya Krımın anneksiyasından sonra yarımadanın ilk baş prokuroru olub.